top of page
Punjab - Karunesh
00:00 / 00:00

DipIFR proqramı və treninqlərinin növləri.

8 aylıq DipIFR kursu – məşğələlər həftədə iki dəfə, ödəniş ayda 252 manat. İyunda imtahan vermək üçün məşğələlərə oktyabrda, dekabrda imtahan vermək üçün – avqustda fasilə ilə martda başlanılır.

6 aylıq DipIFR kursu – məşğələlər həftədə üç dəfə, ödəniş ayda 336 manat. İyunda imtahan vermək üçün məşğələlərə dekabrda, dekabrda imtahan vermək üçün – avqustda fasilə ilə mayda başlanılır.

 

Kursun ümumi qiyməti – 150 dərs saatı üçün 2015 manat təşkil edir.

Qrupun həcmi – 2 nəfərdən 5 nəfərədək.

Kursun proqramı

Müasir mühasibat uçotu modelinin əsasları

Balansın və mənfəət və zərərlər haqqında hesabatın strukturu

Əlavə hesablamalar prinsipi

Gəlirlər və xərclərin nisbəti prinsipi

Qazanc və satışların maya dəyəri

Avanslar, əvvəlcədən ödənişlər, xərclər üzrə ehtiyatlar və gələcək dövrlərin gəlirləri

Əsas vəsaitlər və ƏV-nin amortizasiyası metodları

Bugünkü (endirimli) dəyər prinsipi

Kapitalda dəyişikliklər haqqında hesabat

Pul vəsaitinin hərəkəti haqqında hesabat

​Ən çox tətbiq edilən MHBS

MHBS 18 "Qazanc"

MHBS 11 "Podrat müqaviləsi"

MHBS 2 "Ehtiyatlar"

MHBS 16 "Əsas vəsaitlər"

MHBS 20 "Hökumət subsidiyaları və hökumət yardımı haqqında məlumatın açıqlanması"

MHBS 40 "İnvestisiya daşınmaz əmlakı"

MHBS 23 "Borclar üzrə xərclər"

MHBS 38 "Qeyri-maddi aktivlər"

MHBS 36 "Aktivlərin qiymətdən düşməsi"

MHBS 17 "İcarə"

MHBS 32,39 – Maliyyə alətləri (IFRS 9)

MHBS 19 "İşçilərə mükafatlar"

MHBS 37 "Ehtiyatlar, şərti öhdəliklər və şərti aktivlər"

Konsolidə edilmiş balans

Mənfəət və zərərlər haqqında konsolidə edilmiş hesabat

Assosiasiya olunmuş müəssisələr

MHBS 21 "Valyuta məzənnələrinin dəyişməsinin təsiri"

MHBS 12 "Mənfəət vergiləri"

MHBS 7 "Pul vəsaitinin hərəkəti haqqında hesabat"

Yoxlama işi MHBS 18,11,2

Yoxlama işi MHBS 16,20,40,23

Yoxlama işi MHBS 16,38,36,37

Yoxlama işi MHBS 17,32,39,21

Yoxlama işi IFRS 3

(Konsolidasiya edilmiş balans)

Yoxlama işi Mənfəət və zərərlər haqqında konsolidə edilmiş hesabat

Yoxlama işi Assosiasiya olunmuş müəssisələr

Yoxlama işi MHBS 12

Yoxlama işi MHBS 7

İmtahana hazırlıq və digər MHBS-nin öyrənilməsi

MHBS 8 "Uçot siyasəti, mühasibat qiymətləndirmələrində dəyişikliklər və səhvlər"

MHBS 2 (IFRS 2) "Səhmlərdən istifadə etməklə ödənişlər"

MHBS 33 "Bir səhmə düşən mənfəət"

MHBS 10 "Hesabat dövründən sonrakı hadisələr"

IFRS 8 "Əməliyyat seqmentləri" / IFRS 5 "Satış üçün qeyri-dövriyyə aktivləri və xitam verilmiş fəaliyyət"

MHBS 41 Kənd təsərrüfatı

MHBS 24 "Əlaqəli tərəflər haqqında məlumatın açıqlanması" / MHBS 34 "Aralıq maliyyə hesabatı"

Hər biri 3 saat olmaqla səkkiz sınaq imtahanı

Sınaq imtahanlarının nəticələrinə əsasən səhvlərin təhlili və düzəldilməsi üçün səkkiz məşğələ

 

 

DipIFR – Diploma in International Financial Reporting

DipIFR (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Diplom) – sadəcə diplom almağa daha yüksək ödənişli iş tapmağa imkan verən imtahan deyil. Bu peşəkar ixtisas dərəcəsi АССА (Association of Chartered Certified Accountants) tərəfindən xüsusi olaraq yalnız ayrıca götürülmüş ölkədə deyil, həm də dünyanın istənilən ölkəsində başa düşülən mühasibatlıq apara biləcək mühasiblərə tələbatın təmin edilməsi üçün düşünülmüşdür.

 

Təşkilatda bu səviyyəli mütəxəssisin olması sayəsində xarici investorlar üçün bu müəssisəyə investisiya qoymaq qərarını qəbul etmək asan olacaq. MHBS üzrə hesabatlar hazırlamaq qabiliyyəti isə bir növ müəssisənin menecerləri və adi işçilərinin yüksək səviyyəsindən xəbər verəcək vizit kartı olacaq.

 

Hazırda bu imtahanı təkcə MDB ölkələrində deyil, həm də bütün müasir mühasibatlıq standartlarının məhz burada işlənib hazırlanmasına baxmayaraq, ABŞ və Böyük Britaniya kimi ölkələrdə də verirlər. Bizim mühasiblər üçün DipIFR imtahanını verilməsi faktiki olaraq peşə təhsilinin alınması deməkdir, çünki mühasiblərin böyük əksəriyyətinin tətbiq etdiyi “sovet mühasibatlığı” deyilən prinsiplər dövlət məmurları üçün zəruri olan, lakin müəssisə sahibləri və ya potensial investorlar üçün münasib olmayan məlumatları təqdim edən mühasibatlıqdır.

 

Təəssüf ki, bizim mühasiblər vergi və maliyyə mühasibatlığı arasında fərqi başa düşmür və indiyədək də düşünürlər ki, mühasibatlıq yalnız böyük məbləğdə cərimə etməmələri üçün Vergilər Nazirliyinin yoxlama aparan əməkdaşlarına təqdim edilmək üçün lazımdır. Müəssisələrin rəhbərləri və sahibləri mühasibat hesabatlarını öz müəssisələri haqqında mühüm informasiya mənbəyi kimi nəzərdən keçirmirlər. Onlar balansdan, daha dəqiq desək, Maliyyə Vəziyyəti haqqında Hesabatdan, Mənfəət və Zərərlər haqqında Hesabatdan, Pul Vəsaitinin Hərəkəti haqqında Hesabatdan və Kapitalda Dəyişikliklər haqqında Hesabatdan ibarət normal hesabatlardan çox kassa kitabını xatırladan “qara mühasibatlıq” adlanan şəxsi mühasibatlıqlarını aparmağa üstünlük verirlər.

Təbii ki, müəssisə daxilində normal maliyyə hesabatlığının olmaması zərərlərə gətirib çıxaran əlavə amildir, çünki müəssisə savadlı şəkildə idarə olunmur.

Qərb təsnifatına görə mühasibatlıq iki tip işçilər: hesabdarlar və mühasiblər tərəfindən aparılır. Mühasib olmaq üçün peşə ixtisası almaq lazımdır. Lakin bizim ölkəmizdə mühasiblərin böyük əksəriyyəti peşə ixtisasına malik deyil, çünki hətta Dövlət İqtisad Universitetinin diplomu belə, ən yaxşı halda, yalnız həmin “sovet mühasibatlığı” üzrə biliklərə zəmanət verir. Buna görə də belə çıxır ki, mühasiblərimizin əksəriyyəti qərb təsnifatına görə sadəcə hesabdarlardır. Ölkəmizdə faktiki olaraq mühasiblərin normal peşə hazırlığı sistemi yoxdur. Lakin mühasibimiz DipIFR imtahanını veribsə, onun qərb mühasibi ilə eyni səviyyəli mütəxəssis olmasına əminliklə zəmanət vermək olar.

 

 

Bəs mühasiblərin DipIFR imtahanına hazırlığı necə baş verir. Bu treninq növündə ixtisaslaşan şirkətlərin əksəriyyəti treninq iştirakçılarının özlərinin “Avropa boyunca çaparaq” adlandırdıqları metodu əsas götürüblər. Treninqlər istirahət günləri 5-6 saat ərzində keçirilir. Artıq bir və ya saat yarım sonra treninq iştirakçısının materialı qavrama qabiliyyətinin praktik olaraq sıfıra bərabər olmasına baxmayaraq, bir günə treninq iştirakçıları bir dəfəyə bir neçə mühasibat standartı keçirlər. Beləliklə də, böyük sayda treninq saatlarının bəyan edildiyi halda, saatların faktiki olaraq 60-70%-i küləyə sovrulmuş olur. Təbii ki, bundan sonra ilk dəfədən imtahanı verən treninq iştirakçılarının faizi praktik olaraq sıfır təşkil edir. Bu cür treninq metodikası bir növ fast-fudu xatırladır, tez, lakin faydasız və hətta zərərli. İnsanlarda imtahanda müvəffəqiyyətsizlikdən sonra bu imtahanı verməyin qeyri-mümkün olması və hər şeyi dəyişmədən saxlamağın daha yaxşı olmasına qəti əminlik yaranır.

 

Bizim fikrimizdə imtahana hazırlığı institutda və ya məktəbdə tədris prinsipi üzrə təşkil etmək daha yaxşıdır. Yəni, məşğələlər 2 saatdan artıq olmayaraq davam etməli və həftədə 2-3 dəfə keçirilməlidir.

Bizim metodikamızla tədris prosesi üç böyük hissədən ibarətdir.

Birinci, giriş hissəsində treninq iştirakçıları maliyyə hesabatlarının hazırlama formatı və metodları ilə tanış olurlar. Nəticədə, treninqlərin artıq birinci ayından sonra iştirakçılar öz müəssisələrində hesabatların hazırlanmasına başlayaraq, əldə etdikləri bilikləri praktika tətbiq edə bilərlər.

İkinci hissə zamanı ən çox tətbiq edilən standartlar tədris olunur və müxtəlif dərsliklərdən tapşırıqlar həll edilir.

Üçüncü hissədə imtahanlara yekun hazırlıq aparılır, keçmiş imtahanlardan tapşırıqlar həll edilir və 8 sınaq imtahanı keçirilir.

 

Bütün treninq boyunca paralel olaraq standartların praktik tətbiqi ilə bağlı məsələlər işıqlandırılır. Belə ki, məsələn, maliyyə alətləri ilə bağlı standartlar keçildikdən sonra biz yeni milli hesablar planına əsasən müxabirləşmələri göstərir, eləcə də mühasiblərə Excel proqramında effektiv faiz dərəcəsini hesablamağı öyrədirik.

Bütün bunlar imtahan vermiş və diplom almış mühasiblərin əldə olunmuş biliklərin praktik tətbiqi ilə bağlı sıxıntılı vəziyyətə düşməməsi üçün edilir.

DipIFR – Diploma in International Financial Reporting

Экзамен ДипИФР (Диплом по Международным Стандартам Финансовой Отчетности) – это не просто экзамен, сдача которого позволяет получить диплом и найти более высокооплачиваемую работу. Эта профессиональная квалификация была придумана АССА (Association of Chartered Certified Accountants) специально, чтобы удовлетворить спрос на бухгалтеров, которые смогут вести бухгалтерию понятную не только в одной отдельно взятой стране, но и в любой другой стране мира.

Благодаря, наличию в организации профессионала такого уровня, зарубежным инвесторам будет легче принимать решения об инвестировании в это предприятие. А умение подготавливать отчетность по МСФО будет чем-то вроде визитной карточки предприятия, свидетельством высокого уровня его менеджеров и простых работников.

 

Сейчас этот экзамен сдают не только в странах СНГ, но и в таких странах как США и Великобритания, хотя именно там и разрабатывают все современные бухгалтерские стандарты. Для наших бухгалтеров сдача экзамена ДипИФР фактически означает получение профессионального образования, потому что так называемая «советская бухгалтерия», по принципам которой работает подавляющее большинство бухгалтеров, является бухгалтерией, которая предоставляет информацию необходимую государственным чиновникам, но не подходящую для менеджмента владельцев предприятий или потенциальных инвесторов.

Наши бухгалтера, к сожалению, не понимают разницу между налоговой и финансовой бухгалтерией, и до сих пор думают, что бухгалтерия нужна только для того, чтобы было что показать проверяющим из Министерства Налогов, иначе оштрафуют на большую сумму. Руководители и владельцы предприятий не рассматривают бухгалтерскую отчетность как важный источник информации о своем предприятии. Они предпочитают вести свою, так называемую «черную бухгалтерию», которая больше похожа на кассовую книгу, чем на нормальную отчетность, состоящую из баланса, точнее Отчета о Финансовой Позиции, Отчета о Прибылях и Убытках, Отчета о Движении Денежных Средств и Отчета об Изменениях в Капитале.

Естественно, что отсутствие нормальной финансовой отчетности внутри предприятия является дополнительным фактором, который приводит к убыткам, потому что отсутствует грамотное управление предприятием.

 

По западной классификации бухгалтерия ведется двумя типами работников: счетоводами и бухгалтерами. Чтобы быть бухгалтером необходимо получить профессиональную квалификацию. Однако, в нашей стране, подавляющее большинство бухгалтеров профессиональной квалификации не имеют, так как даже диплом Государственного Экономического Университета, в лучшем случае, гарантирует только знание все той же «советской бухгалтерии». Вот и получается, что большинство наших бухгалтеров по западной классификации просто-напросто счетоводы. Фактически у нас в стране отсутствует нормальная система профессиональной подготовки бухгалтеров. Однако если наш бухгалтер сдал экзамен ДипИФР, можно с уверенностью гарантировать, что он является специалистом того же уровня, что и западный бухгалтер.

 

Как же проходит подготовка бухгалтеров к экзамену ДипИФР? Большинство компаний, которые специализируются на этом виде тренингов, взяли на вооружение метод, который сами участники тренингов называют «галопом по Европе». Тренинги проходят по выходным дням в течение 5-6 часов. За один день участники тренингов проходят несколько бухгалтерских стандартов сразу, хотя уже через час или полтора, восприятие материала участником тренинга практически равно нулю. Таким образом, несмотря на то, что декларируется большое количество часов тренинга, фактически 60-70% часов оказываются выброшенными на ветер. Естественно, после этого процент участников тренинга, прошедших экзамен с первого раза, практически равен нулю.

Такая методика тренингов чем-то напоминает фаст-фуд – быстро, но бесполезно и даже вредно. У людей после провала на экзамене появляется твердая уверенность, что сдать этот экзамен невозможно и лучше все оставить по-старому.

 

На наш взгляд подготовку к экзамену лучше организовать по принципу обучения в институте или в школе. То есть, занятия должны длиться не более 2 часов, а проходить 2-3 раза в неделю.

Учебный процесс по нашей методике состоит из трех больших частей.

В ходе первой, вводной части, участники тренинга знакомятся с форматом и методами подготовки финансовых отчетов. В результате, уже после первого месяца тренингов участники могут на практике внедрить полученные знания, начав подготовку отчетности у себя на предприятии.

В ходе второй части преподаются наиболее часто применяемые стандарты и решаются задачи из различных учебников.

В ходе третьей части ведется заключительная подготовка к экзаменам, решаются задачи из прошлых экзаменов и проводятся 8 пробных экзаменов.

 

В ходе всего тренинга параллельно освещаются вопросы, связанные с практическим применением стандартов. Так, после прохождения скажем стандартов, связанных с финансовыми инструментами, мы показываем проводки согласно новому национальному плану счетов, а также учим бухгалтеров рассчитывать эффективную процентную ставку в Excel.

Все это делается для того, чтобы бухгалтера, сдавшие экзамен и получившие диплом, избежали неловких ситуаций с практическим применением полученных знаний.

bottom of page