top of page

Mühasibatlığın əsasları kursu

Treninqin bu hissəsində 2012-ci ildən tam qüvvəyə minəcək yeni qəbul edilmiş Milli Mühasibat Uçotu Standartları üzrə maliyyə uçotunun əsasları tədris olunur. Yeni başlayan mühasiblər üçün bir çox treninqlərdən fərqli olaraq biz sovet mühasibatlığı deyilən prinsipləri tədris etmirik, çünki bu yeni başlayan mühasibləri və mühasibat uçotunun əsaslarını bilməkdə maraqlı olan şəxsləri yalnız çaşdırır. Treninqin bu hissəsi sona çatdıqdan sonra Siz Balans, Mənfəət və Zərərlər haqqında Hesabat, Pul Vəsaitinin Hərəkəti haqqında Hesabat və Kapitalda Dəyişikliklər haqqında hesabatı yeni hesablar planı üzrə tərtib edə biləcəksiniz. Treninqin bu hissəsinin müddəti həftədə 2 dərs olmaqla 1 aydır. Aylıq ödəniş 325 manatdır (fərdi qaydada ya da 3 nəfərdən artıq olmayan kiçik qruppalarda). Treninqin bu hissəsi aşağıdakı şəxslərə tövsiyə olunur:

1) mühasibatlığın ayrıca bölməsini aparan və müəssisənin bütün mühasibatlığının aparılmasını bilməkdə maraqlı olan mühasiblərə;

2) yeni milli standartların əsaslarını mənimsəmək istəyən iş stajına malik mühasiblərə;

3) iqtisadi ali təhsil müəssisələrinin ixtisas üzrə iş axtaran məzunlarına;

4) bilavasitə vəzifələrinə müəssisənin mühasibatlığına nəzarətin aid olması səbəbindən mühasibat uçotunu daha yaxşı başa düşmək istəyən müəssisə menecerlərinə.

 

Mühasibatlığın əsasları kursu.

1-ci hissə. Maliyyə uçotu.

 

Treninqin bu hissəsi vergi mühasibatlığının (maliyyə ilə səhv salmayın) və Vergi Məcəlləsinin əsas müddəalarının tədrisinə həsr olunub. Treninqin bu hissəsi sona çatdıqdan sonra siz ödənilməli olan vergi məbləğlərini hesablaya, vergi bəyannamələri tərtib edə biləcək və vergi ödəyicisi kimi hüquqlarınızı biləcəksiniz.

Treninqin bu hissəsinin müddəti həftədə 2 dərs olmaqla 1 aydır. Aylıq ödəniş 325 manat (fərdi qaydada ya da 3 nəfərdən artıq olmayan kiçik qruppalarda).

Treninqin bu hissəsi aşağıdakı şəxslərə tövsiyə olunur:

1) mühasibatlığın ayrıca bölməsini aparan və müəssisənin bütün mühasibatlığının aparılmasını bilməkdə maraqlı olan mühasiblərə;

2) iqtisadi ali təhsil müəssisələrinin ixtisas üzrə iş axtaran məzunlarına;

3) bilavasitə vəzifələrinə müəssisənin mühasibatlığına nəzarətin aid olması səbəbindən mühasibat uçotunu daha yaxşı başa düşmək istəyən müəssisə menecerlərinə.

 

2-ci hissə. Vergi uçotu.

Təlimin bu hissəsində Vergi Məcəlləsinin əsasları, Əmək Məcəlləsinin bir hissəsi, vergi bəyannamələrinin hazırlanması üzrə əsas bacarıqlar öyrədilir.

Treninqin bu hissəsinin müddəti həftədə 2 dərs olmaqla 1 aydır. Aylıq ödəniş 325 (fərdi qaydada ya da 3 nəfərdən artıq olmayan kiçik qruppalarda). manat.

Treninqin bu hissəsi aşağıdakı şəxslərə tövsiyə olunur:

1) mühasibatlığın ayrıca bölməsini aparan və müəssisənin bütün mühasibatlığının aparılmasını bilməkdə maraqlı olan mühasiblərə;

2) iqtisadi ali təhsil müəssisələrinin ixtisas üzrə iş axtaran məzunlarına.

Love Is Gona Save Us (Dmitry Glushkov remix) - Benny Benassi
00:00 / 00:00
bottom of page